Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.Metbuat.az "qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində “Mercedes Vita” markalı mikroavtobusla “VAZ2106 ” markalı minik maşını toqquşub. Qəza nəticəsində 2 nəfər yaralanıb, onlar xəstəxanaya yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.