RU

SON DƏQİQƏ: İran İsrailə 23 tonluq ballistik raketlər ATDI - VİDEO

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri İsrailə qarşı "Doğru vəd 4" əməliyyatının 79-cu dalğasının başladığını elan edib.

Musavat.com "Tasnim"ə istinadən xəbər verir ki, əməliyyat çərçivəsində iki mərhələli "Siccil" ballistik raketləri, həmçinin "Xeybərşəkən" və "İmad" raketləri ilə yanaşı, kamikadze dronlardan da istifadə olunub.

SEPAH-ın İctimaiyyətlə Əlaqələr Şöbəsinin yaydığı məlumata görə, raket və dronlar İsrailin hava hücumundan müdafiə sistemlərini yararaq Təl-Əvivin şimal və mərkəzindəki kəşfiyyat obyektlərini, Ramat-Qan və Negevdəki ticarət və logistika mərkəzlərini, həmçinin Beer-Şevadakı əsas hərbi idarəetmə qərargahını hədəf alıb.

Eyni zamanda, hücumla bağlı İsrailin Aşkelon şəhəri və Qəzza zolağı ətrafındakı yaşayış məntəqələrində hava həyəcanı siqnallarının işə düşdüyü bildirilir.

Qeyd edək ki, yüksək texniki göstəriciləri ilə seçilən "Siccil" raketinin əsas xüsusiyyətləri aşağıdakı kimidir:

  • Mənzili: 2000 kilometr;

  • Təyinatı: "Yer-yer" tipli;

  • Yanacaq növü: Bərk yanacaq;

  • Mexanizmi: Ayrılan döyüş başlığına malik ikipilləli sistem;

  • Ümumi çəkisi: 23 ton.

Musavat.com

 

Избранный
19
2
musavat.com

4Источники