RU

Rusiyada soyqırımı qurbanlarının məzarlarının təhqirinə görə cəza sərtləşdirilib » AzadMedia.az

Rusiyada


Rusiya Dövlət Duması sovet xalqının soyqırımı qurbanlarının məzarlarının təhqirinə görə cəzanın sərtləşdirilməsini nəzərdə tutan qanunu yekun oxunuşda qəbul edib. Bu barədə İnterfaks məlumat yayıb.

Qanuna əsasən, Rusiya Federasiyasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə dəyişikliklər edilir. Yeni normalara görə, həm ölkə daxilində, həm də xaricdə yerləşən soyqırımı qurbanlarının məzarlarının məhv edilməsi, zədələnməsi və ya təhqir olunmasına görə cinayət məsuliyyəti tətbiq ediləcək.

Maksimum cəza 5 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutur.

Sənəd “tarixi yaddaşın qorunmasının gücləndirilməsi” məqsədi daşıyır.

Избранный
32
1
azadmedia.az

2Источники