RU

KİV: Müctəba Xamenei ABŞ ilə danışıqlara razılıq verib

İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin ali lideri Müctəba Xameneinin ABŞ ilə potensial razılaşma barədə danışıqların aparılmasını təsdiqlədiyi barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffu gizli şəkildə məlumatlandırıb.

Bu barədə İsrail KİV-ləri mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, yeni ali lider müharibəni İranın şərtləri ilə başa çatdırmağa razılaşıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Избранный
11
3
anews.az

7Источники