RU

Ağazaryan: Bakının son tələbi yerinə yetiriləcək

Müstəqillik Bəyannaməsinə istinad Ermənistanın yeni Konstitusiyasının preambulasından çıxarılacaq.

NOCOMMENT.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Ovik Ağazaryan məlumat verib.

Deputat Ermənistanın əsas qanununda bu dəyişikliyin Azərbaycanın tələbi əsasında ediləcəyini bildirib.

Ermənistan Baş naziri Nikol Paşinyan bundan əvvəl yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad edilməməli olduğunu açıqlayıb.

Xatırladaq ki, Ermənistan Konstitusiyasında istinad edilən Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Rəsmi Bakı yekun sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında müvafiq düzəlişin olunmasını tələb edib. /teleqraf/

Избранный
9
5
nocomment.az

6Источники