RU

TƏCİLİ! İran İsrailin hərbi nəhənglərini vurdu 

İran Silahlı Qüvvələri İsrailin strateji hərbi-sənaye obyektlərinə və texnoloji mərkəzlərinə dron zərbələri endirdiyini elan edib. İran ordusunun mətbuat xidmətinin yaydığı məlumat beynəlxalq gündəmdə gərginliyi yenidən artırıb.

KONKRET.az xəbər verir ki, “Tasnim” agentliyinin hərbi mənbələrə istinadən verdiyi məlumata görə, İran ordusu 24 mart sübh tezdən genişmiqyaslı pilotsuz uçuş aparatları (PUA) ilə hücum təşkil edib. Hücumun əsas hədəfləri Heyfə şəhərində yerləşən məşhur “Rafael Advanced Defense Systems” silah şirkəti və Ben-Qurion hava limanı yaxınlığındakı “Israel Aerospace Industries” texnologiya mərkəzi olub.

Məlumata əsasən, zərbələr nəticəsində təkcə istehsal obyektləri deyil, həmçinin Ben-Qurion hava limanında yerləşən yanacaqdoldurma təyyarələri də hədəfə alınıb. İran tərəfi əməliyyatın uğurla icra edildiyini iddia edir.

Natiq Səlim,
KONKRET.az

Избранный
82
50
konkret.az

10Источники