2017-ci ilin oktyabr ayında bir yoqa müəllimi Ceffri Epşteynə həssas bir sualla müraciət etdi.
Milyarder Leon Blek tərəfindən ona vəd edilmiş on minlərlə dolları nə vaxt alacaq?
Qadın Bleklə yaxın münasibətdə idi və 2009-cu ildən bəri onun hesablarından yüz minlərlə dollar köçürülmüşdü Lakin 2017-ci ilə qədər sxem dəyişdi. Pulu ona Epşteyn pulu köçürməli idi. Söhbət 100.000 dollardan gedirdi.
“Cebheinfo.az” bu barədə NYT-yə istinadən yazır.
Ömrünün son illərində Epşteyn qeydiyyatda olan keçmiş cinsi cinayətkar olmasına baxmayaraq, Blekin dəbdəbəli həyat tərzinin əsas tərtibatçısı idi.
Altı il ərzində Blek Epşteynə vergi və əmlak planlaşdırması üçün 170 milyon dollar ödəyib. Bu məbləğ elit vəkillərin və mühasiblərin tipik ödənişlərindən on dəfələrlə çox idi və Konqres üzvləri arasında təəccüb doğurub.
Lakin ABŞ Ədliyyə Nazirliyinin bu yaxınlarda açıqladığı sənədlər göstərir ki, Epşteyn Blekin "problem həlledicisi" kimi effektiv şəkildə çıxış edib və onun xidmətləri əslində təkcə maliyyə məsləhətləri olamyıb.
Epşteyn Blekin qadınlara və Epşteynin özünə ödədiyi milyonlarla dolları gizlətməyin yollarını tapıb, bu ödənişlər üzrə vergi öhdəliklərini necə azaltmaq barədə məsləhətlər verib, Blek haqqında məlumatları ifşa etməklə hədələyən qadınları qorxutmağın yollarını tapıb və həmçinin milyarderə şəxsi məsləhətlər verib. O cümlədən, həyat yoldaşı onun xəyanətini aşkar etdikdən sonra boşanmasını təklif edib.
Sənədlərə görə, Blek yaxın münasibətləri olan onlarla qadına təxminən 20 milyon dollar ödəyib. Epşteyn bu ödənişlərin bəzilərinin trastlar və fondlar vasitəsilə köçürülməsinə kömək edib .
Epşteyn 2017-ci ildə Blekə birbaşa yazırdı: "Mənim işim səni özündən xilas etməkdir".
Rusiya təhdidi və reputasiyanın təmizlənməsi
Sxemlərdə iştirak edən qadınlardan biri Blekin uzunmüddətli münasibətdə olduğu Rusiya vətəndaşı Gözəl Qəniyeva idi. 2015-ci ildə, o, Bleki 100 milyon dollar ödəməsə, cinsi təcavüz iddialarını ictimaiyyətə açıqlamaqla hədələdi.
Epşteyn alternativ təklif etdi: iki il ərzində ayda 50000 dollar veriləcək, eyni zamanda Rusiya hakimiyyətinin mümkün müdaxiləsinə işarə etdi. Epşteyn özü Blekin adından ona hədələyici məktub yazmışdı:
"Əgər məni şantaj etməyə cəhd etsəniz, nəticələr son dərəcə ciddi olacaq". O, Qəniyevanın ABŞ-yə səyahət etmək imkanını məhdudlaşdırmaq və "onun biznes maraqlarını qorumaq" üçün Rusiya rəsmisi Sergey Belyakovla əlaqə saxlamışdı.
Epşteyn, həmçinin “Nardello & Co.” şirkətindən özəl detektivlər işə götürmüşdü və onlar Qəniyevanı, onun tanışlarını və hətta kiçik oğlunu da izləmişdilər. O, Blek və Qəniyevanın Blekin ona qarşı zorakılıq etmədiyini etiraf etməsini lentə almaq üçün Nyu-Yorkun dəbdəbəli restoranlarında - “Four Seasons”, “Le Bernardin”, “The Modern”də görüşlər təşkil etmişdi.
Nəhayət, razılaşma əldə edildi: 15 il müddətinə 18 milyon dollar ödənilməsi razılaşdırldı və Qəniyeva Blekə qarşı ittihamlarının "yalan" olduğunu bildirən açıqlama müqaviləsi imzaladı.
Epşteyn vergi məsləhətçisi kimi...
Şəxsi işlərindən əlavə, Epşteyn Blekin maliyyə və vergi sxemlərində fəal iştirak edirdi. O, vergi yoxlamalarında, xüsusən də Bleklə münasibətləri olan Ukraynadan olan keçmiş model Anastasiya Sironun işində kömək edirdi.
Epşteyn Siro və Blekin mühasibləri arasında vasitəçi kimi çıxış edərək, pulun "hədiyyə" hesab edildiyini təsdiqləyən məktublar hazırlayır və bununla da vergidən yayınırdı.
Milyarderin şəxsi həyatı Epşteynin nəzarəti altında
Hətta Blekin intim və ailə məsələləri də Epşteyn tərəfindən idarə olunurdu. Blekin həyat yoldaşı Debra Blek bu münasibəti aşkar etdikdə, Epşteyn ona "infarkt keçirməməsi üçün" boşanmağı məsləhət gördü.
Blek özü iddia edir ki, qadınlara edilən bütün ödənişlər və vergi tənzimləmələri vəkillər, mühasiblər tərəfindən hərtərəfli nəzərdən keçirilib və yazışmalarda Epşteynin qeyd edilməsi onun şəxsən onların tövsiyələrini təsdiqləməsi və ya yerinə yetirməsi demək deyil.
Kokain söhbətləri və münasibətlərdə gərginlik
Yaxın maliyyə və şəxsi əlaqələrə baxmayaraq, Epşteyn və Leon Blek arasında gərginlik tədricən artdı. 2017-ci ildə kokain şayiəsi səbəbindən vəziyyət qaynar nöqtəyə çatdı. Epşteyn Blekin kokain istifadə etməsi ilə bağlı yayılan şayiələrdən etibarlı vəkili Bred Karpa şikayət etdi. Blek bundan xəbər tutanda qəzəbləndi.
Blek onu şayiələr yaymaqda günahlandırdı və Epsteinin "nəzarətdən çıxdığını" iddia etdi.Qısa müddət sonra onlar görüşməyə və işgüzar münasibətlər qurmağa davam etdilər, lakin gərginlik bitmədi.
2017-ci ilin payızında medianın diqqəti Harvi Vaynşteynin açıqlamalarına yönəldi və Epşteyn Blekin "qadın problemlərinə" bu prizmadan baxmağa başladı. O, Bred Karpa yazırdı:
"Biz hakimiyyətdə olan kişilərin gənc qadınları (20 yaşlı) öz məqsədləri üçün istismar edə bilmədiyi bir dünyada yaşayırıq. Blekin qadınlarla münasibətləri təhlükələr və suallarla doludur".
Buna baxmayaraq, Blek və Epşteyn vergi bəyannamələri və investisiya məsələləri də daxil olmaqla, ən azı bir il daha əməkdaşlıq etməyə davam etdilər.
Blek-Epşteyn hekayəsi ən varlı şəxslərin Epşteyndən təkcə maliyyə məsləhətçisi kimi deyil, həm də intim və nüfuz problemlərini həll edən kimi necə istifadə etdiklərini ortaya qoyur.
Sənədlər güc, pul və manipulyasiyanın bir-birinə qarışmasının narahatedici mənzərəsini ortaya qoyur, burada "qorxu faktoru"nun xidmətləri vergi planlaşdırması və ya investisiyalar qədər vacib idi.