Tovuzda minik maşını aşıb.
Hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.
Qəza zamanı sürücü, Tovuzun Qovlar şəhər sakini 1990-cı il təvəllüdlü R.Həsənov hadisə yerində həyatını itirib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.