İran İsrailin Cənub Pars qaz yatağına zərbələrindən sonra Türkiyəyə qaz ixracını dayandırıb.
Ölkə.Az xəbər verir ki, Türkiyə qaz tələbatının təxminən 14%-ni İran qazı hesabına təmin edir, lakin qısa müddətdə bu itkini Rusiya və Azərbaycan qazı, həmçinin ehtiyatları hesabına kompensasiya edə bilər.
İranın qaz ixracını nə qədər müddət dayandıracağı isə hələlik naməlumdur.