RU

Aleksey Kuleba və Marta Kos Ukraynanın Aİ-yə üzvlüyünü müzakirə ediblər

Ukrayna Baş nazirinin bərpa məsələləri üzrə müavini, ölkə icmaların və ərazilərin inkişafı naziri Aleksey Kuleba Avropa İttifaqının (Aİ) genişlənmə məsələləri üzrə komissarı Marta Kos ilə görüşüb.

"Report"un məlumatına görə, bu barədə nazirliyin mətbuat xidməti xəbər verib.

"Biz xüsusən dayanıqlılıq planlarına diqqət yetirdik. Söhbət su və istilik təchizatı sistemlərinin işini təmin etmək və daimi hücumlar şəraitində paylanmış generasiyanın inkişafı üçün sistemli həllərdən gedir. Təkcə istilik generasiyasına təcili ehtiyac 1800 MVt gücdən çoxdur və tələb olunan maliyyələşdirmə təxminən 900 milyon avrodur", - Kuleba görüşdən sonra qeyd edib.

O, həmçinin Marta Kosa Ukraynanın Aİ-yə gedən yolunda verdiyi dəstəyə və aktual qərarlar üzərində işləməyə hazır olduğuna görə təşəkkür edib.

Избранный
45
3
far.az

4Источники