RU

ABŞ-ın İranda "A" panı reallaşmadı



ABŞ-ın İrana qarşı genişmiqyaslı quru əməliyyatına başlaması real görünmür. Çünki ərazi baxımından böyük, coğrafi baxımdan mürəkkəb bir ölkədə hərbi əməliyyatlar Vaşinqton üçün ciddi itkilər və uzunmüddətli risklər yarada bilər. D.Trampın əsas prioriteti rejim dəyişikliyi deyil, daha çox nəzarət olunan əməkdaşlıq modelidir.
Əgər danışıqlar nəticə verməzsə, ABŞ daha məhdud və hədəfli hərbi ssenarilərə üstünlük verə bilər. Bu çərçivədə Xark (Xarq) adası ətrafında əməliyyatlar və ya Hörmüz boğazında nəqliyyatın təhlükəsizliyinin təmin edilməsi istiqamətində addımlar istisna edilmir.

ABŞ-ın Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil. Vaxtı ilə Əfqanıstanda hakimiyyətdə olan Talibana qarşı müharibə apardı. Sonradan əməkdaşlıq çərçivəsində hakimiyyəti Talibana yenidən təhvil verib çıxdı. Suriyanın indiki prezidenti

Ə. Şaranı terrorçu kimi həbs edib, sonradan azadlığa buraxaraq hakimiyyətə gəlməsinə kömək etdi. Növbəti dəfə D.Tramp Suriya prezidentini Ağ Ev də yüksək səviyyədə qəbul etdi.

D. Tramp İranla eyni ssenarinin tətbiqinə çalışır. SEPAH -da danışıqlarda maraqlıdır. Çünki, İranın növbəti neft və qaz infrastrukturu ABŞ/İsrail tərəfindən sıradan çıxarıla bilər. Həmçinin indiki rəhbərliyə qarşı sui-qəsdlər həyata keçirilə bilər.

Məhəmməd Əsədullazadə, siyasi şərhçi
Избранный
28
1
newscenter.az

2Источники