RU

Deşamın xələfi məlum oldu

Bu yay Fransa yığmasını tərk edəcək Didye Deşamın xələfi məlum olub.

"Football-plus.az" xəbər verir ki, DÇ-2026-dan sonra milli komandanın yeni baş məşqçisi Zinəddin Zidan olacaq.

Fransa Futbol Federasiyasının prezidenti Filipp Diallo “Le Figaro”ya müsahibəsində yığmanın yeni baş məşqçisinin kimliyinin artıq dəqiqləşdiyini bildirib. Təyinat mundialdan sonra rəsmiləşəcək və bu səbəbdən də prezident ad açıqlamaq istəməyib.

“Le Parisien” isə Deşama məhz Zidanın xələf olacağını yazıb. Xəbərdə qeyd olunub ki, 53 yaşlı mütəxəssis bir neçə həftə əvvəl federasiya ilə razılıq əldə edib.

Xatırladaq ki, Zidanın sonuncu iş yeri 2021-ci ildə ayrıldığı “Real” olub.

Избранный
24
football-plus.az

1Источники