RU

Trampın reytinqi kəskin düşüb İranla müharibə ABŞ də narazılığı artırır

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Trampın reytinqi son günlərdə ən aşağı səviyyəyə enib.

“AzPolitika” xəbər verir ki, Bu barədə “Reuters” və Ipsos tərəfindən keçirilən birgə sorğunun nəticələrində bildirilir.

Dörd gün davam edən və bazar ertəsi başa çatan sorğunun nəticələrinə görə, amerikalıların cəmi 36%-i Trampın fəaliyyətini dəstəkləyir. Bu göstərici ötən həftə keçirilmiş analoji sorğuda 40% idi.

Sorğuda qeyd olunur ki, reytinqin azalmasının əsas səbəblərindən biri ABŞ və İsrailin 28 fevralda İrana qarşı başlatdığı zərbələrdən sonra yanacaq qiymətlərinin artması və ümumilikdə yaşayış xərclərinin yüksəlməsidir. Respondentlərin yalnız 25%-i Trampın yaşayış xərclərinin idarə olunması siyasətini bəyənir. Halbuki bu mövzu onun 2024 seçki kampaniyasının əsas vədlərindən biri idi.

Bununla belə, Trampın Respublikaçılar Partiyası daxilində mövqeyi nisbətən sabit qalır. Respublikaçıların təxminən yalnız beşdə biri onun fəaliyyətindən narazıdır. Lakin partiya daxilində də yaşayış xərcləri ilə bağlı narazılıq artır – bu sahədə Trampı tənqid edənlərin payı 27%-dən 34%-ə yüksəlib.

Sorğuda İranla müharibə məsələsi də xüsusi vurğulanır. Məlumata görə, amerikalıların yalnız 35%-i ABŞ-nin İrana zərbələrini dəstəkləyir (ötən həftə 37%), 61%-i isə bu addımı bəyənmir. Bu göstərici əvvəlki sorğuda 59% idi.

Qeyd edək ki, Tramp prezidentliyinin ilk günlərində 47% dəstəyə malik idi və son aylarda bu rəqəm əsasən 40% ətrafında dəyişirdi. Analitiklərin fikrincə, İranla müharibə fonunda artan narazılıq onun reytinqinə ciddi təsir göstərməyə başlayıb.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
41
azpolitika.info

1Источники