RU

"Yuventus" onu pulsuz əldə etmək istəyir

"Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr karyerasını İtaliyada davam etdirə bilər.

90deqiqe.Az-ın "Tuttosport"a istinadən məlumatına görə, "Yuventus" bu yay müdafiə xəttini gücləndirmək istəyən ingilis futbolçunu transfer etməkdə maraqlıdır. Turin təmsilçisi artıq futbolçunun agenti ilə ilkin danışıqlara da başlayıb.

Oyunçunun "qırmızı şeytanlar"la gələcəyi hələ də sual altındadır.

Əgər Maquayr "Mançester Yunayted"lə müqaviləsini yeniləməsə və azad agent olsa, "Yuventus" yayda onu pulsuz transfer etməyə hazır olacaq.

Harri Maquayr 2019-cu ildə "Lester Siti"dən "Mançester Yunayted"ə 87 milyon avroya keçib. Bu mövsüm müdafiəçi "Qırmızı şeytanlar"ın heyətində bütün yarışlarda 20 oyuna çıxıb, iki qol vurub və bir məhsuldar ötürmə edib.

Избранный
32
90deqiqe.az

1Источники