RU

Salah "Liverpul"dan ayrılacağını açıqladı

style='margin-bottom:10px;'>

"Liverpul"un futbolçusu Məhəmməd Salah mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.

QOL.az xəbər verir ki, misirli hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım yayıb.

"Təəssüf ki, bu gün gəldi. Bu, vidalaşmağımın ilk hissəsidir. Mövsümün sonunda "Liverpul"dan ayrılacağam. Əvvəlcə demək istəyirəm ki, bu klubun, bu şəhərin, bu insanların həyatımın nə qədər vacib bir hissəsinə çevriləcəyini heç vaxt təsəvvür etməmişdim. "Liverpul" sadəcə bir futbol klubundan daha çox şeydir; onun ehtirası, tarixi və ruhu var. Bunu sözlə izah edə bilmərəm. Mən həmişə sizdən biri olacağam. Bu klub həmişə mənim evim olacaq” - deyə o qeyd edib.

2017-ci ildən "Liverpul"da oynayan Salah bütün turnirlərdə 435 oyunda meydana çıxıb, 255 qol vurub və 122 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Избранный
47
10
teleqraf.com

10Источники