RU

Regionu dəyişəcək plan? – Bin Salmandan Trampa şok tələb

Yaxın Şərqdə gərginliyin daha da artması ehtimalı gündəmdədir.

Musavat.com xəbər verir ki, The New York Times nəşrinin məlumatına görə, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ABŞ prezidenti Donald Trampla son danışıqlarında İrana qarşı müharibənin davam etdirilməsində israr edib.

Məlumata əsasən, vəliəhd mövcud vəziyyəti “Yaxın Şərqin yenidən qurulması üçün tarixi fürsət” kimi qiymətləndirib. Bildirilir ki, o, Trampı İran rejimini devirmək üçün daha qətiyyətli addımlar atmağa çağırıb.

Qəzetin yazdığına görə, ötən həftə baş tutan bir sıra qapalı danışıqlarda Bin Salman Vaşinqtonu aktiv hərəkətə keçməyə təşviq edib. Onun fikrincə, yalnız rejim dəyişikliyi yolu ilə Fars körfəzi regionu üçün uzunmüddətli təhlükə aradan qaldırıla bilər.

 

Musavat.com

Избранный
34
musavat.com

1Источники