RU

London hərəkətə keçdi: Starmer Bin Salmanla danışdı

Birləşmiş Krallıq tərəfdaşları ilə birlikdə Hörmüz boğazından gəmiçiliyin bərpası planının parametrlərini hazırlayır.

Musavat.com xəbər verir ki, məlumatı Böyük Britaniya Baş naziri Keyr Starmerin ofisi onun Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanla telefon danışığından sonra yayıb: "Böyük Britaniya hazırda tərəfdaşları ilə bu əsas dəniz yolu vasitəsilə malların axınını təmin etmək üçün mümkün bir planın necə görünə biləcəyi üzərində işləyir".

Məlumatda Starmerin Ər-Riyada "sarsılmaz dəstəyini" ifadə etdiyi vurğulanıb.

Martın 19-da Böyük Britaniya, İtaliya, Hollandiya, Fransa, Almaniya və Yaponiya liderləri birgə bəyanat yayaraq İranı "təhdidlərini, minalamalarını, pilotsuz təyyarə və raket hücumlarını və Hörmüz boğazını kommersiya gəmiçiliyi üçün bağlamaq cəhdlərini dərhal dayandırmağa" çağırıblar. Daha sonra onlara bir neçə Avropa ölkəsi, eləcə də Avstraliya, Bəhreyn, Dominikan Respublikası, Kanada, Yeni Zelandiya, Panama, Trinidad və Tobaqo, BƏƏ və Cənubi Koreya da daxil olmaqla 20-dən çox ölkə qoşulub.

Musavat.com

 

Избранный
21
musavat.com

1Источники