RU

“Qalatasaray” və “Beşiktaş”ın sabiq prezidentləri həbs edilib

Ayna portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İstanbul Prokurorluğu tərəfindən məşhurlarla bağlı aparılan istintaq çərçivəsində 7 nəfərin həbsi ilə bağlı qərar qəbul olunub.

İstanbul Prokurorluğu tərəfindən “narkotik maddələrin istehsalı və ticarəti”, “narkotik və ya stimullaşdırıcı maddələrin istifadəsini asanlaşdırmaq üçün xüsusi yerlər, avadanlıqlar və ya materiallar təmin etmək və istifadəçilərin tutulmasını çətinləşdirmək üçün tədbirlər görmək”, “narkotik və ya stimullaşdırıcı maddələrin alınması, qəbul edilməsi və ya saxlanması”, “narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə” və “fahişəliyə təhrik etmək və asanlaşdırmaq” ittihamları ilə istintaqlar davam edir.

Məlumata görə aparılan istintaqın bir hissəsi olaraq, Prokurorluq “Beşiktaş” futbol klubunun sabiq prezidenti Fikrət Orman və digər məşhurlar; Hande Erçel, Hakan Sabancı, Burak Elmas, Didem Soydan, Kerim Sabancı və Güzide Duranın həbsinə order verib.

Fikrət Ormanın artıq polis tərəfindən saxlanıldığı bildirilir.

İstanbul Prokurorluğu tərəfindən məşhurlarla bağlı aparılan istintaq çərçivəsində 16 nəfər polis tərəfindən saxlanılıb.

Bunlar “Beşiktaş” futbol klubunun sabiq prezidenti Fikrət Orman, “Qalatasaray” futbol klubunun sabiq prezidenti Burak Elmas, Güzide Duran, Hakan Sabancı, Kerim Sabancı, Hande Erçel, Sezgin Köysüren, Ferhat Aydın, Lütfiye Tuğçe Özbudak, Koray Serenli, Onur Bükçü, İsmail Behram Perinçekli, Kaan Mellart, Didem Soydan, Onur Talay və Mustafa Tarivədir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
8
12
ayna.az

10Источники