RU

Köçəryanın yeni xülyası – “Bunun üçün müharibəyə başlamalıyıq”

BAKI, 25 mart. TELEQRAF

“Ermənistan vətəndaşları sülh istəyir və Paşinyan hökumətinin sülh uğrunda mübarizə aparmasından məmnundurlar”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Lusine Badalyan deyib.

Deputatın fikrincə, vətəndaşlar yalnız ona görə narazıdır ki, hakimiyyət müxalifət nümayəndələrinin qeyri-korrekt çıxışları və davranışlarına qarşı daha sərt mübarizə aparmır.

Lusine Badalyan vurğulayıb ki, hər şey sülhdən asılıdır:

“Artıq sülh bərqərar olub və qarşısıalınmazdır. Amma sülh qayğı tələb edir. “Vətəndaş Müqaviləsi” seçilməsə, müharibə olacaq” deyəndə nə şantaj edirik, nə də bu, seçki hiyləsidir. Bunun içində ciddi həqiqət var. Müxalifətçilər daim “Qarabağa qayıdış”dan danışırlar, bu isə danışıqlar yolu ilə mümkün deyil, bunun üçün nəticəsi məlum olmayan müharibəyə girmək lazımdır. İnsanların hissləri ilə oynayırlar. Robert Köçəryan bir az səmimi olsa, özü də deyər ki, “Qarabağa qayıdış” xülyası bu və digər nəticələrə gətirib çıxaracaq. Amma bunu dilinə gətirmir.

Hazırda seçki prosesinin ən gərgin mərhələsinə daxil olmuşuq, vəziyyət daha da gərginləşəcək. Ən böyük güc səmimiyyətdir. Yekə-yekə danışanlar güclü deyil, sadəcə “əzələlərini” göstərmək istəyirlər, elədirsə, gedib boks yarışlarına qatılsınlar”.

Seçim etməliyik: ya sülh, ya da müharibə. Seçkilər geridönməz nöqtədir. Bu seçkilər ən vacib seçkilərdir”.

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.

Избранный
20
teleqraf.com

1Источники