RU

KİV: Vaşinqton Tehrandan martın 26-da danışıqlar aparmağa razılıq gözləyir

Vasitəçi ölkələr və ABŞ martın 26-da yüksək səviyyəli sülh danışıqları keçirmək niyyətindədirlər və İranın razılığını gözləyirlər.

Bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb.

"ABŞ və bir qrup regional vasitəçi cümə axşamı günü yüksək səviyyəli sülh danışıqlarının keçirilməsi imkanlarını müzakirə edirlər, lakin onlar hələ də Tehrandan cavab gözləyirlər", - məlumatda bildirilir.

Mənbələrin məlumatına görə, sammit planları təsdiqlənsə, ola bilsin, tədbirdə ABŞ-nin Vitse-prezidenti Jey Di Vens iştirak edəcək. Bununla yanaşı, onlar iddia edirlər ki, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın Tehranla yəhudi dövlətinin məqsədlərinə cavab verməyəcək saziş imzalayacağından, xüsusən əhəmiyyətli güzəştləri nəzərdən keçirərək və İrana zərbə endirmək imkanını məhdudlaşdıracağından ehtiyatlanır.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Buna cavab olaraq İran İsrail ərazisinə raketlər atıb və Körfəz ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib. Regionun bir sıra dövlətləri vəziyyətlə əlaqədar olaraq hava məkanını müvəqqəti bağlayıb. Elə həmin gün İranın Ali lideri Əli Xamenei zərbələr nəticəsində öldürülüb.

Избранный
8
4
anews.az

5Источники