RU

Trampın yeni planı nədir?

Trampın

Ulusum.azİlhamə Vəliqızı ABŞ - nin 15 maddəlik sülh planı Ulusum.az xəbər verir ki, bu barədə “Kanal 12” məlumat yayıb.Nəşr yazır ki, planı ABŞ prezidentinin Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkofd və kürəkəni Cared Kuşner hazırlayıblar. “The New York Times” Preazident Donald Trampın müharibəyə görə yaranan iqtisadi çətinliklərdən çıxış yolu axtardığı qeyd edilib.Bu plan artıq Pakistan vasitəsilə İrana çatdırılıb.Məlumatda İranın ballistik raket və nüvə proqramları, eləcə də Hörmüz boğazına istinad edərək dəniz marşrutları müzakirə olunur.Lakin hesabatda deyilir ki, Pakistan vasitəsilə təqdim edilən planın İran rəsmiləri arasında nə dərəcədə geniş şəkildə paylaşıldığı və İranın bunu danışıqlar üçün əsas kimi qəbul edib-etməyəcəyi dəqiq deyil.15 maddəlik sülh planı:1. İran mövcud nüvə porensialını ləğv etməlidir.2. İran heç vaxt nüvə silahı əldə etməyəcəyinə dair öhdəlik götürməlidir.3. İran torpağında heç bir uran zənginləşdirilməsi həyata keçirilə bilməz.4. İran yaxın gələcəkdə 450 kq 60% zənginləşdirilmiş uranın hamısını MAQATE-yə təhvil verməlidir.5. İranın nüvə obyektləri – Nətənz, İsfahan və Fordo – ləğv edilməlidir.6. MAQATE-yə İran daxilində tam giriş, şəffaflıq və nəzarət veriləcək.7. İran regional proksi paradiqmasından imtina etməlidir.8. İran regional proksilərini maliyyələşdirməyi, istiqamətləndirməyi və silahlandırmağı dayandırmalıdır.9. Hörmüz boğazı yenidən açılmalı və sərbəst gəmiçilik yolu kimi fəaliyyət göstərməlidir.10. İranın raket proqramı mənzil və miqdar baxımından məhdud olmalıdır, dəqiqləşdirnmələr daha sonra müəyyən ediləcək.11. İran raketlərdən yalnız özünümüdafiə üçün istifadə edə biləcək.12. İrana qarşı bütün sanksiyalar tamamilə ləğv ediləcək.13. Amerika Birləşmiş Ştatları Buşer Atom Elektrik Stansiyasında elektrik enerjisi istehsalı da daxil olmaqla, İrana mülki nüvə proqramının inkişafında kömək edəcək.14. Əgər İran şərtləri pozarsa, bütün sanksiyalar yenidən tətbiq olunacaq.15. Sanksiyaların avtomatik bərpası üçün geri çəkilmə mexanizmi ləğv ediləcək.

Diqqət Çəkənlər

Kinoteatrlarda ən çox gəlir əldə edən film hansıdır?

Süni intellekt Şotlandiyada dövlət xidmətlərini dəyişir

Yaxın Şərqdə vəziyyət

Избранный
14
50
ulusum.az

10Источники