RU

Azərbaycanda asfalt istehsalı 6 % azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 6,2 min ton asfalt istehsal edilib.

"Far.Az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 % azdır.

Təkcə fevralda isə ölkədə 1 min ton asfalt istehsal olunub. Bu, 1 il əvvələ nisbətən 76 % azdır.

2025-ci ildə Azərbaycanda 209 min ton asfalt istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 30,4 % çoxdur.

Избранный
23
1
far.az

2Источники