RU

İran da ABŞ yə şərtlərini irəli sürdü SİYAHI

ain.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranın ABŞ-la mümkün danışıqlar fonunda irəli sürdüyü tələblərlə bağlı yeni iddialar yayılıb.

Bakupost.az “The Wall Street Journal” qəzetinə istinadən xəbər verir ki, Tehran Vaşinqtonla atəşkəs danışıqları üçün “çox yüksək” tələblər paketi təqdim edib. İddialara əsasən, bu tələblər arasında ABŞ-nin regiondakı bütün hərbi bazalarının bağlanması və İrana kompensasiya ödənilməsi də yer alır.

Məlumata görə, İranın digər əsas tələbləri bunlardır:

1. Hörmüz boğazından keçid üçün yeni qaydaların tətbiqi və bu marşrutdan istifadə edən gəmilərdən rüsum alınması;

2. İrana qarşı bütün sanksiyaların ləğvi;

3. Hərbi əməliyyatların yenidən başlamayacağına dair təminat və Hizbullaha qarşı zərbələrin dayandırılması;

4. İranın nüvə proqramını qoruyub saxlamasına icazə verilməsi və onun məhdudlaşdırılması cəhdlərindən imtina.

Qəzet yazır ki, ABŞ tərəfi bu tələbləri “reallıqdan uzaq” hesab edir.

Eyni zamanda, “The New York Times” nəşrinin məlumatına görə, Vaşinqton da Tehrana 15 maddədən ibarət plan təqdim edib. Sənədin Donald Trump administrasiyası dövründə irəli sürülmüş tələblərə əsaslandığı bildirilir və İranın nüvə və raket proqramları, eləcə də boğazda gəmiçilik məsələlərini əhatə edir.

Digər mənbələrə görə, Türkiyə, Misir və Pakistan vasitəçiləri yaxın 48 saat ərzində ABŞ və İran rəsmiləri arasında görüşün keçirilməsinə çalışır.

“Axios” yazır ki, Tehran ABŞ-nin sülh təkliflərinə şübhə ilə yanaşır və bunu mümkün hiylə hesab edir.

“The Telegraph” isə bildirir ki, İran ABŞ nümayəndələri Stiv Vitkoff və Cared Kuşner ilə danışıqlardan imtina edib, əsas danışıqlar tərəfi kimi isə Ceyms Vensin adı çəkilir.

Cavid, BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
20
www.bakupost.az

1Источники