19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin birinci raundu çərçivəsində bu gün ilk oyununa çıxacaq.
“İki sahil” xəbər verir ki, B liqasının 6-cı qrupunda yer alan millimiz Litvanın Kaunas şəhərində yerli komanda ilə qarşılaşacaq.
“Raudondvario” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Qarşılaşmanı Moldova və Ukraynadan olan hakimlər briqadası idarə edəcək.