RU

Azərbaycanda işsizliyə qarşı hansı mühüm addımlar atılır? VİDEO

Bakı, 25 mart, AZƏRTAC

Azərbaycanda əhalinin məşğulluq səviyyəsinin artırılması, həmçinin işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin olunması məqsədilə çoxşaxəli fəaliyyət həyata keçirilir. Ölkədə işsiz və işaxtaran şəxslərin münasib işlə təmin edilməsi, onların peşə maraqlarının formalaşdırılması və peşə seçiminə istiqamətləndirilməsinə dəstək məqsədilə addımlar atılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən biri iqtisadi inkişafın və sosial rifahın təminatında mühüm amil olan məşğulluq tədbirlərinin görülməsi, məşğulluq xidmətlərinin göstərilməsidir. Statistik məlumatlara görə 2025-ci ildə nazirlik tərəfindən ümumilikdə 567 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə edilib. Onlardan 189 min şəxs bilik və bacarıqlarına uyğun münasib işlərlə təmin olunub.

Daha ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladığı videomaterialda izləyə bilərsiniz.

Redaktor - Pərvin Bayramova

Montajçı - Natiq Musayev

Избранный
41
2
azertag.az

3Источники