Ajans.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə fevralın 13-də edilən dəyişikliklər martın 25-dən qüvvəyə minib. Belə ki, hazırda qüvvədə olan qaydalara əsasən, mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş və zavod buraxılış tarixindən 40 ildən çox keçmiş avtonəqliyyat vasitələri raritet (nadir) avtonəqliyyat vasitələri hesab edilir.