ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gecə Ukraynanın Rusiyanın Belqorod vilayətinə raket zərbələri nəticəsində təxminən 450.000 insan elektriksiz qalıb.
“AzPolitika” xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov açıqlama verib.
Qladkov özünün Telegram kanalında yazıb ki, Belqorodun özündə, eləcə də Şebekinski və Yakovlevski rayonlarında elektrik kəsintiləri baş verib. O, həmçinin bir çox sakinin su və istilik təchizatında fasilələr yaşadığını bildirib.
Qladkov xəbərdarlıq edib ki, dağıntılar və kəsintilər yalnız bir neçə gün ərzində aradan qaldırılacaq. O. əhalini "mümkün elektrik və istilik kəsintiləri barədə anlayışlı olmağa" çağırıb.
2026-cı ilin əvvəlindən bəri Ukrayna ordusu Belqorod bölgəsindəki enerji infrastrukturu obyektlərinə dəfələrlə zərbələr endirib və on minlərlə sakini elektrik enerjisi, su və istiliksiz qoyub.
Bu, Rusiyanın zərbələrinə cavabdır. Ötən qış ərzində Rusiya qoşunları Ukraynanın enerji infrastrukturuna dronlar və raketlərlə yüz dəfələrlə hücum edib. Kiyev də daxil olmaqla, Ukraynada minlərlə ev şiddətli soyuqlar zamanı istilik və elektrik enerjisiz qalıb.
“AzPolitika.info”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.