Lənkəran rayonunda maşın piyadanı vurub.
"Unikal"ın məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının Lənkəran rayonunun Parakənd kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1989-cu il təvəllüdlü Fariz Məmmədov idarə etdiyi "Mercedes Vito" markalı maşın ilə hərəkətdə olarkən, piyada Astara rayonunun Təxtənəkəran kənd sakini, 1984-cü il təvəllüdlü Leyla Kərimağa qızı İbrahimovanı vurub.
Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev