RU

Lənkəranda mikroavtobus 42 yaşlı qadını vurub

Lənkəranda nəqliyyat vasitəsi piyadanı vurub.

Hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Parakənd kəndi ərazisində baş verib. 1989-cu il təvəllüdlü Fariz Məmmədov idarə etdiyi "Mercedes Vito" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən, piyada Astara rayonunun Təxtənəkəran kənd sakini 1984-cü il təvəllüdlü Leyla Kərimağa qızı İbrahimovanı vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan L.İbrahimova Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Ona zəruri ilkin tibbi xidmətlər göstərilib. Müalicəsi müvafiq şöbədə davam etdirilir.

Qeyd edək ki, 42 yaşlı qadın Astaradan Lənkərana atasının evinə qonaq gəlirmiş. O, marşrutdan düşüb yolu keçmək istəyərkən qəza baş verib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
3
9
anews.az

10Источники