RU

ABŞ-İran danışıqlarına Türkiyə vasitəçilik edir – RƏSMİ

Türkiyə İran və ABŞ arasında gərginliyin azaldılması və birbaşa danışıqların təşviqi üçün mesajların ötürülməsində vasitəçi rolunu oynayır.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) xarici əlaqələr üzrə sədr müavini Harun Armağan “Reuters”ə açıqlamasında bildirib.

O, sözügedən mesajların detallarını açıqlamayıb. Lakin Armağan qeyd edib ki, müvafiq ismarışlar körfəz ölkələrinə də təqdim olunur.
 

Qeyd edək ki, ABŞ lideri daha əvvəl İranla danışıqlar aparıldığını və böyük irəliləyiş əldə olunduğunu bildirib. Bundan əlavə, Qərb KİV-ləri ABŞ-ın İrana ünvanladığı 15 maddəlik sülh planının mətnini dərc edib.


Sözügedən mətndə İrana qarşı bütün sanksiyaların ləğvi, o cümlədən ABŞ-ın mülki nüvə layihəsinin (elektrik enerjisi istehsalı) inkişafına yardım göstərməsi kimi məqamlar öz əksini tapıb.

İranın xarici işlər nazirliyinin sözçüsü İsmayıl Baqəi isə ABŞ-la danışıqlar aparıldığı barədə yayılan məlumatları təkzib edib və heç bir danışıq aparılmadığını bildirib.

Bizim.Media

Избранный
16
50
bizim.media

10Источники