RU

Ukrayna Rusiyanın buzqıran gəmisini vurub – Hərbi məqsədlər üçün istifadə ediləcəkdi

Martın 25-də Ukrayna Silahlı Qüvvələri Leninqrad vilayətinə gecə hücumu zamanı Vıborq Gəmiqayırma Zavodunu vurub.

AzPolitika” xəbər verir ki, monitorinq kanallarının yerli sakinlərə istinadla yazdığına görə, Gəmiqayırma zavodunun ərazisində 23550 layihəli sərhəd patrul gəmisi vurulub. Hadisə yerindən çəkilmiş fotolara görə, nəticədə gəmi yanı üstə düşüb. “Z-bloqçular” da faktı təsdiqləyiblər.

Söhbət hərbi buzqıran “Dzerjinski” gəmisinidən gedir. O, Sərhəd Xidməti üçün 2023-cü ildən bəri Vıborq gəmiqayırma zavodunda inşa edilir. “Dzerjinski”nin dəyəri təxminən 25 milyard rubldur. Bu buzqıran gəmi Arktikada fəaliyyət göstərə, silah daşıya və həm patrul, həm də döyüş tapşırıqlarını yerinə yetirə bilən çoxfunksiyalı hərbi gəmidir. O, həmçinin dəniz, sahil və hava hədəflərini vura, saxlanılan gəmiləri limana müşayiət edə bilər. Buzqıran gəmidən əlavə, Ukrayna dronları Vıborqdakı obyektlərə, Morskaya sahilindəki Aqricola Səhmdar Cəmiyyəti binasına zərər vurub. Bina Sankt-Peterburq və Leninqrad vilayəti üzrə FSB Sərhəd İdarəsinin qarşısında yerləşir.

Избранный
40
editor.az

1Источники