Müsahibimiz- istehfada olan polkovnik leytenant, 1- ci Qarabağ savaşının iştirakçısı və 2- ci qrup əlili, 701 saylı hərbi hissənin sabiq qərərgah rəisi, hal- hazırda isə Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin sədr müavini, eyni zamanda hərbi psixologiya üzrə fəlsəfə doktoru Şiriyev Aydın Abuzər oğludur.
-Aydın müəllim, tərcümeyi- halınızı bizimlə bölüşərdiniz.
-1959- cu ildə Masallı rayonunda anadan olmuşam. 1966-76- cı illərdə Bakıda orta məktəbi bitirdikdən sonra, Sovet Ordusu sıralarına hərbi qulluğa çağrılmışam.Sonra isə Rusiyanın Kurqan şəhərində Ali Siyasi Hərbi Aviasiya məktəbinə daxil olmuşam, orada 4 il oxuduqdan sonra, leytenant rütbəsi ilə hərbi qulluğumu Şimali- Qafqaz hərbi dairəsində davam etdirmişəm.Sonrakı illərdə Monqolustan Xalq Respublikasında, Baykal arxası hərbi dairəsində xidmətimi davam etdirmişəm. 1990-cı ildə 20 yanvar hadisəsindən sonra mən könüllü olaraq, Qafqaz hərbi dairəsinə keçirilməyimi xahiş etdim və Bakıya döndüm. O zaman kapitan rütbəsində idim.
Qarabağda ixtişaşlar da həmin ərəfədə davam edirdi: müdafiə nazirliyi, ilk hərbi hissələrin yaranması ərəfəsi idi və mən müdafiə nazirliyinə gələrək, Qarabağda hərbi qulluğumu davam etdirmək üçün raportla müraciət etdim. O zaman Müdafiə Nazirliyində kiçik və mobil Xüsusi Təyinatlı reyd dəstələri yaradılırdı və mənim I reyd dəstəsinin-771 saylı hərbi hissənin qərargah rəisi təyin edilməsi ilə bağlı 1992- ci il mart ayının 13- də əmrim imzalandı. Reyd dəstəsinin komandiri o zaman polkovnik- leytenant Əzizağa Qənizadə idi. Komandirlə tanışlığım məhz həmin dönəmdən başladı. 1992-ci ilin oktyabr ayında Əzizağa Qənizadə 701 saylı briqadaya komandir təyin olundu, mənim də sözügedən briqadanın qərərgah rəis təyin edilməsi barədə əmrim imzalandı.
-Maraqlıdır ki, tələbələriniz arasında milli qəhrəmanlar var mı?
-Milli qəhrəman qeneral Polad Həşimov bizim kursantımız(tələbəmiz) olub və mən ona 1996- cı ildə hərbi psixologiyadan dərs demişəm. Mənim kursantlarım arasında bir çox qenerallar, polkovniklər və yüksək rütbəli ordu zabitləri olub.
-Ümumiyyətlə hərbçi üçün psixoloji hazırlıq önəmlidir mi?
-Psixologiya elmi çoxşaxəli bir elmdir. İnsan övladı okeanın dibini, kosmosu kəşf edib və digər sahələrdə müxtəlif nailiyyətlər əldə etmişdir, lakin o hələ özünü tam öyrənə bilməmişdir. Mütəxəssislərin rəyinə görə insan psixologiyasınıncəmi 5% öyrənilmişdir və bu səbəbdən hələ görüləsi işlər qabaqdadır. Keçmiş sovet dönəmində bu sahə çox bərbad vəziyyətdə idi. Döyüşdə qazanılan qələbənin 70 %-dən çoxu hərbçilərin döyüş ruhundan, onların mənəvi durumundan asılıdır. Birinci Qarabağ savaşındakı uğursuzluğun da, ikinci Qarabağ savaşındakı qələbənin də qazanılmasının səbələrindən əsası məhz budur.
-Ən güclü hərbi məktəb zənninizcə hansı ölkəyə aiddir?
-Bu sual dərin sualdır və məntiqə uyğun olaraq, hansı dövlətin iqtisadiyyatı və ordusu güclüdürsə, onun hərbi potensialı da güclüdür.
-Ola bilərmi ki, qalibiyyət bir çox hallarda şans olaraq sayılır?
-Bayrağa, dövlətə sayqı olan ölkələrdə ruh yüksəkliyi var ki, bu da qalibiyyətə aparır. Biz işğalda olan torpaqlarımızın qaytarılmasına başda Ali Baş Komandanımız olmaqla, məhz orduda olan ruh yüksəkliyi və xalqımızın birliyi nəticəsində nail olduq.
İkinci Qarabağ savaşında 052 saylı xüsusi təyinatlılar ordunun vuran qolu sayılırdı.
Azərbaycan Müdafiə Nazirliyində 1992-ci ilin əvvəlıərində9 ədəd xüsusi təyinatlı reyd dəstələri yaradılmışdı.771 saylı hərbi hissəyəƏizzağa Qənizadə, 772 hərbi hissəyəİlqar Qəhrəmanov, digərlərinə mərhum Eldar Ağayev, Xəqani, Rövşən Əkbərov, Mudrak və başqaları rəhbərlik edirdi.Məhz 771 saylı və digər reyd dəstələri yeni yaradılan Milli Ordunun ilk xüsusi təyinatlıları idilər. Və sonralar qardaş Türkiyənin dəstəyi və köməkliyi vasitəsilə reyd dəstələrinin bazaları əsasında 052 saylı xüsusi təyinatlı hərbi hissə yaradıldı.
İlk yaradılan hərbi hissələr könüllülərdən yaradılırdı. Azərbaycan xüsusi təyinatlı reyd dəstələrinin birincisinə - 771 saylı hərbi hissəyə məhz Əzizağa Qənizadərəhbərlik etmişdir və biz cəmi 120 əsgərlə ağır döyüşlərə tab gətirirdik. 771 saylı xüsusi təyinatlı reyd dəstəsində bizim döyüş yolumuz Goranboy, Füzuli, Ağdərə, Laçın, Kəlbəcər bölgələrinə idi. Biz ağır döyüşlərdə iştirak edərək, düşmənin xeyli itki verməsinə nail olduq.Təsadüfi deyil ki, polkovnik Əzizağa Qənizadənin zərərsizləşdirilməsinədüşmən külli miqdarda mükafat da vəd etmişdi.
Birinci Qarabağ savaşında tam vahid komandanlığın olmaması səbəbindən, orduda pərakəndəlik hökm sürürdü. Yerli özünümüdafiə batalyonlarında nizam-intizam yox dərəcəsində idi. Əgər burazabit və hazırlıqlı əsgər mütəxəssislərinin və silah-sursatın çatışmamazlığını, həmçinin ərzaq və geyim təminatın çox zəif olmasını əlavə etsək,o zamankı ordunun real vəziyyəti bəlli olar. Bütün bunlara baxmayaraq, yeganə silahımız olan Vətənə məhəbbət sayəsində birinci Qarabağ savaşında biz 80 % torpaqlarımızın qorunmasına nail olduq.
-Ən yadda qalan və unudulmaz döyüşünüz hansı idi?
-Sonuncu döyüşüm haqqında danışa bilərəm: 1992- ci ilin aprel ayının 2-də yaralandığım məqam mənim həyatımda böyük dönüşə səbəb oldu. Yuxarıda qeyd etdiyimkimi briqadamız yeganə hərbi hissə kimi Laçın dəhlizinin şimalında yerləşirdi, Cənubda isə Milli Ordunun digər briqadaları yerləşirdi. Bizdən arxada Laçın və Kəlbəcərinkəndlər idi və bu kəndlərdə əhali yaşayırdı. 1993-cü ilin yaz kampaniyasında düşmənbu iki rayonu respublikanın əsas hissəsi ilə birləşdirən yeganə Ağdərə-Sərsəng yolunu bağladılar. Ancaq yay fəslində çətinliklə keçilə bilən Murovdağı yolu qış-yaz mövsümündə 60 min əhalinin təxliyyəsi üçün qalmışdı. Düşmən həm Ermənistan, həm də Ağdərə istiqamətindən hücum edərək bu yolu da bağlamağı, bizim qüvvələri və dinc əhalini əsir götürməyi, daha böyük həcmli “Xocalı soyqırımı” törətməyi və beləliklə, öz havadarlarının köməyi ilə Qarabağ müharibəsini öz xeyrinə bitirməyi qarşısına məqsəd qoymuşdu.
Belə bir məqamda 701 saylı hərbi hissə köməksiz şəraitdə bir ildən artıq müddətdə düşmənlə demək olar ki, hər gün döyüşürdü.Bu zaman döyüşlərdə həm şəhidimiz, həm də yaralılarımız olurdu. Onları Bakıya helikopter vasitəsilə təxliyyə edirdik, ancaq nə onlar, nə də əlavə qüvvələr bizə göndərilmirdi.1992-93-cü illərin ağır qış kompaniyasından cıxan briqadanın ştat cədvəlində 5000 yaxın şəxsi heyət olmalıidi, bizdə isə bunun heç 35 % yox idi.Bura həmçinin sila və sursatın çatışmamazlığı, maddi təminatın ancaq hava vasitəsilə gətirilməsi səbəbindən çox zəif olmasını əlavə etməklazımdır. Martln axırlarına Kəlbəcərdə vəziyyət olduqca gərgin idi. Düşmən Ağdərə istiqamətindən hucumlara başlamışdılar. Biz Müdafiə nNazirliyinə əlavə qüvvəyə ehtiyacımız olduğumuz barədə dəfələrlə müraciət edirdik.Kəlbəcədəki döyüşlərdə iştirak edənbriqda komandiri mənə Laçından 8 texnika və şəxsi heyətlə Kəlbəcərə gəlməyimi əmr etdi. Laçın rayonunda dislokasiya olan briqadaya rəhbərliyi briqada komandirinin müavini Qorxmaz Qarayevə həvalə edərək mən zirehli qrupla Kəlbəcərə yola düşdüm. Kəlbəcərdə vəziyyət çox gərgin idi.
Dağ yollarından keçərək, Kəlbəcərə gəldik və müdafiə qurmağa başladıq. Ermənilərin üstünlüyü bizdən birə beş artıq idi. Bu zaman artıq əhalinin təxliyyəsi başlanmışdı.
Düşmən bütün vasitələrlərdən: öz say üstünlüyündən və rus ordusunun köməyindən istifadə edərək, Kəlbəcərdən gələn tuneli və Qamışlıkörpüsünü ələ keçirməyi, dağ yollarını atəşə tutmaqla dinc əhalini girov götürmək istəyirdi. Aprelin 1-də düşmənlə yaxın məsafədə döyüşlər gedirdi, Nəhayət ki,vəziyyətin nə yerdə olduğunu anlayan keçmiş respublika rəhbərliyi və Müdafiə Nazirliyi bizə kömək göndərməyə başlamışdı. Ancaq helikopterlerlərlə bazarlardan və avtobuslardan tutulan, tələsik hərbi forma geyindirilərək Kəlbəcərə göndərilənşəxsi heyətin avtomat silah və döyüş barədə anlayışları yox idi. Silah görməyən əsgərlər vahiməyə düşür və fərarilik edirdilər. Bütün bunlara baxmayaraq, briqadanın döyüşən əsgər və zabitlərinin hesabına 60 min əhalinin dağ yollariyla köçürülməsini təmin etdik və bu zaman 400-ə yaxın şəhid verdik.
Məhz həmin ərəfədə, mənə qəfil əmr gəldi ki, polkovnik Əzizağa Qənizadənin mühasirədən ya ölüsü, ya da dirisi gətirilməlidir.Mən ratsiya ilə “Çiçəkli” yüksəkliyinin bizdə olması barədə məlumat aldım və bir PDM və bir Zil 131 avtomobili ilə təxminən 30 nəfərlik şəxsi heyətlə Qamışlı kəndindən Qamışlı körpüsü istiqamətinə yola düşdük.Ərazinin relyef belə idi: sol tərəf sıldırım qayalar, asfalt yol və sağ tərəf- çay və yenə də sıldırım qayalar.Qamışlı körpüsündən bizəatəşaçmağa başladılar. Bu zaman bizə həm “Çiçəkli” yüksəkliyindən, həm çayın sağ tərəfində olan qayalardan, həmçinin, bizim arxamıza keçən düşmən əsgərlərindən atəş açmağa başladılar. Mən düşmənin bizi “atəş torbası”na saldığını başa düşdüm və “aşağı düşərək, müdafiə qurmağı və geri çəkilmək barədəkomanda verdim. Bu zaman düşmənin dörd bir yandan atəşilə üz-üzə qaldıq. Düşmən bir qrantamyotla PDM vurdu, bir minamyot düz yanımıza düşdü.
Arxamıza keçəndüşmən qüvvələrini məhv edə-edə geri çəkildik. Mən cəsədlərin içərisində komandirimiz Qənizadəni axtarmağa başladım və yalnız yaralandıqdan və hospitala düşdükdən sonra, polkovnik Qənizadənin sağ olduğunu bildim. Bu ağır döyüşdən onun sağ çıxmasına qəti inanmırdım.
Bu döyüşdə mən sağ qolumdan və qabirğamdan iki güllə yarası aldım.Mən 2 litr qan itirməyimə, sağ qolumun yaralanmasına baxmayaraq, Qamışlı kəndinə çata bildim. Qolumu artıq hiss etmirdim və məni əvvəlcə Gəncə, sonra Bakı hospitalına təxliyyə etdilər. Bakıda Mərkəzi Hərbi hospitalda həkimlərin səyi nəticəsində tamamilə çiliklənmiş sağ qolumun sümüklərinin qismən də olsa, bərpasına nail oldular.
Qamışlı kəndinə getməyimiz və orada güllə borana tutulmağımız iki müsbət nəticəsi vardı: ermənilər Qamışlı kəndində bizim qüvvələrin olmasnı zənn edərəkora hücum etməyə cürət etmədilər və biz bu zaman qiymətli bir neçə saat vaxt əldə etdik ki, bu da minlərlə dinc əhalinintəxliyyəsinə kömək etdi.Ermənilərlə bu döyüşdə 25 nəfər itki verdik.
İkinci müsbət tərəf isə Qənizadənin xilas edilməsi idi.Sonradan Əzizağa Qənizadənin söylədiklərindən məlum oldu ki, biz məhz o məqamda yetişmiş olduq ki, komandirimiz çayın kənarında artıq erməni mənfurları ilə üz üzə qalmışdı.
Ömürlük əlil olmağıma baxmayaraq, Vətən qarşısında ruhumun, vicdanımın rahat olması mənim üçün daha önəmli amildir.
Vətəni sevmək, bayrağı sevmək irsi bir təməldir ki, bu hər xalqa verilmir. Vətən uğurunda canından keçən hər kəsi fəxr və ehtiramla anırıq!
Aynur Nurlu