RU

"Milan" azarkeşlərinə qadağa qoyula bilər

style='margin-bottom:10px;'>

"Napoli" və "Milan" arasında aprelin 6-da "Maradona" stadionunda keçiriləcək qarşılaşma yaxınlaşsa da, qonaq azarkeşlərlə bağlı qeyri-müəyyənlik hələ də davam edir.

QOL.az xəbər verir ki, “Tuttonapoli” nəşrinin məlumatına görə, təhlükəsizliyin qiymətləndirilməsi "İdman Tədbirləri üzrə Monitorinq Komitəsi"nə həvalə edib. Neapol Polis İdarəsinin tələbi ilə qonaq sektoruna bilet satışına icazə verilməzdən əvvəl əlavə araşdırmalar aparılacaq.

Bu müddətdə A Seriyası rəhbərliyinə “Milan” azarkeşləri üçün biletlərin satışını dayandırmaq tövsiyə olunub. Yaxın günlərdə Lombardiya bölgəsində yaşayan fanatların Neapola səfərinə qadağa qoyulub-qoyulmayacağı barədə yekun qərar veriləcək.

Qeyd edək ki, matç hər iki komanda üçün turnir cədvəli baxımdan böyük əhəmiyyət daşıyır.

Избранный
52
1
teleqraf.com

2Источники