Bu ilin yanvar-fevral aylarında Azərbaycan 133,55 ton çay ixrac edib.
"İki sahil" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə çayın dəyəri 1 milyon 162,74 min ABŞ dollar təşkil edib.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 10,5 ton (8,6 %), dəyər baxımından isə 56 min ABŞ dolları (5,14 %) çoxdur. Hesabat dövründə çay ixracından əldə olunan gəlir Azərbaycanın ümumi ixrac gəlirlərində cüzi paya malik olub.
Bundan əlavə, yanvar-fevral aylarında Azərbaycan 12 milyon 603,57 min ABŞ dolları dəyərində 1 905,98 ton çay idxal edib. Bunlar, ötən ilin eyni dövrünə nisbətən dəyər baxımından 6 milyon 7,39 min dollar (32,2 %) , həcm baxımından isə 1 141,4 ton (37,4 %) azdır.
Hesabat dövründə çay idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,5 %-ni təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 23,1 % azalıb, idxal isə 37,2 % azalıb.