RU

"Apreldə Avropanı yanacaq qıtlığı gözləyir"

"Əgər İran Hörmüz boğazında tətbiq etdiyi blokadanı aradan qaldırmazsa, gələn ay, yəni apreldə Avropa ölkələrində enerji və yanacaq qıtlığı yarana bilər".

Redaktor.az xəbər verir ki, bu barədə "Shell" şirkətinin baş direktoru Vael Savan beynəlxalq neft konfransı zamanı bildirib.

"İlk olaraq bu zərbəni Cənub-Şərqi Asiya regionu hiss etdi, ardınca Şimal-Şərqi Asiya təsirləndi, aprel ayında isə yaranmış mürəkkəb vəziyyət daha çox Avropaya öz təsirini göstərəcək", - deyə şirkət rəhbəri çıxışında vurğulayıb.

Xatırladaq ki, "Shell" Avropa qitəsinin ən böyük neft şirkəti hesab olunur.

Избранный
4
1
redaktor.az

2Источники