RU

Bakıda ilk dəfə

Yazını böyüt
Yazını kiçilt

Yeniliklər və yüksək estetik zövqlü layihələri ilə seçilən "Nadir Events", aprelin 8-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında dünya musiqi tarixinin dahi siması Nikkolo Paqaniniyə həsr olunmuş möhtəşəm konsert proqramını təqdim edəcək.

Hafta.az xəbər verir ki, ilk dəfə keçiriləcək "Paqanini Gecəsi"nin əsas məqsədi - bəstəkarın texniki imkanların sərhədini zorlayan, virtuozluq və dərin emosionallıq tələb edən əsərlərini bir araya gətirərək, klassik musiqi irsini müasir və kübar bir formatda tamaşaçılara çatdırmaq, Azərbaycanın gənc və peşəkar virtuozlarını eyni səhnədə toplamaqdır.

Paqanini yaradıcılığının ən parlaq nümunələrindən ibarət gecədə tanınmış musiqiçilər - Əməkdar artist Əyyub Əliyev, Ümidə Abasova, Səid Məmmədov, Zərrin Əliyeva, Kənan Məmmədzadə, Səriyyə Nəsibova, Sura Rüfət, Fidan Musayeva, həmçinin vokal ifaçısı Nigar Cəfərova çıxış edəcəklər.

İfaçıları fortepianoda respublikanın istedadlı pianoçuları - Vurğun Vəkilov, Mehriban Süleymanova, Arzu Səfərova və Tofiq Şıxıyev müşayiət edəcəklər.

Избранный
4
2
hafta.az

3Источники