RU

Ölkələrin əsas enerji mənbələrinin yeni xəritəsi hazırlanıb

ain.az, Reyting.az portalına istinadən məlumat verir.

Ən böyük ilkin enerji mənbələrinin bazaları əsasən 112 ölkədədir. Bu, Beynəlxalq Enerji Agentliyinin məlumatlarına əsasında hazırlanmış xəritədə göstərilib.

Reyting.az bildirir ki, ilkin enerji - elektrikə çevrilməzdən əvvəlki xammal formasında olan enerjidir.

Qlobal mənzərəyə görə, bir çox ölkə hələ də qaz, neft, kömür kimi resurslardan asılıdır. Neft isə 39 ölkədə əsas enerji mənbəyi sayılır. Neft xüsusilə Avropada, Yaxın Şərqdə və Asiya-Sakit okeanı regionlarında üstünlük təşkil edir. Eyni zamanda ABŞ, Yaponiya və Almaniya kimi böyük iqtisadiyyatları olan ölkələr də əsasən neftə güvənirlər.

Təbii qaz sahəsində isə 29 ölkə liderdir, o cümlədən də Rusiya.

Çin, Hindistan, İndoneziya və Vyetnamda isə kömür əsas enerji mənbəyi hesab olunur.

Afrikanın bir çox ölkələrində əsas enerji mənbəyi biokütlədir ki, bu da odun, kömür, digər kənd təsərrüfatı tullantıları deməkdir. Bu göstəricilərə görə, xüsusilə də elektrikə çıxışın məhdud olduğu bölgələrdə biokütlə geniş istifadə edilir.

Oqtay QORÇU

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
22
reyting.az

1Источники