RU

Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Tərtərdə baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

“Qafqazinfo” xəbər verir ki, rayonun Qaradağlı kəndində aşan avtomobildə ölən və yaralananlar Goranboy sakinləridi.

Belə ki, gecə saat 03 radələrində 1958-ci il təvəllüdlü Goranboy sakini Nəsrəddin Ağayevin səhhəti kəskin pisləşib. Bu səbəbdən 1971-ci il təvəllüdlü qardaşı Yunus Ağayev, Nəsrəddin Ağayevin 1991-ci il təvəllüdlü Sənan Ağayev və gəlini Könül Aslanova onu avtomobillə Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırmaq üçün yola çıxıblar. Yolda onların olduğu avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə xəstəxanaya aparılan N.Ağayev və qardaşı Yunus aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüb.

N.Aslanovun oğlu ilə gəlini isə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
62
2
qafqazinfo.az

3Источники