Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkə parlamentinin iclasında Azərbaycanla sülh vəziyyəti barədə danışıb. Erməni nazir deputatlar qarşısında çıxış edərək bildirib ki, hazırkı gərgin regional mühitdə Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib. O, vurğulayıb ki, sülh hər iki tərəf üçün faydalı olduğu müddətcə qorunub saxlanıla bilər. Onun sözlərinə görə, İrəvanın məqsədi uzunmüddətli sülhün qorunmasına töhfə verəcək Bakı ilə qarşılıqlı faydalı əməkdaşlıq sistemi yaratmaqdır.
Mətləb