RU

Starmer Britaniya ordusuna “kölgə donanması” gəmilərini saxlamağa icazə verib

BAKI, 26 mart. TELEQRAF

Böyük Britaniyanın baş naziri Kir Starmer ölkənin sularında “kölgə donanması” adlandırılan gəmilərin saxlanılmasına icazə verib.

Teleqraf xəbər verir ki, bu barədə baş nazirin ofisinin yaydığı açıqlamada qeyd olunub.

Məlumata görə, Britaniya Silahlı Qüvvələri və hüquq-mühafizə orqanları artıq sanksiyalara məruz qalan və ölkə sularından tranzit keçən gəmiləri dayandırmaq səlahiyyətinə malik olacaq.

Qeyd olunur ki, London sanksiya altında olan gəmilər üçün La-Manş boğazına çıxışı məhdudlaşdırmağı planlaşdırır. Bu isə operatorları daha uzun və bahalı marşrutlar seçməyə məcbur edə və ya saxlanılma riski ilə üz-üzə qoya bilər.

Açıqlamada vurğulanır ki, hər bir gəmi üzrə fərdi yanaşma tətbiq ediləcək və saxlanılma qərarı verilməzdən əvvəl sahə üzrə mütəxəssislərlə məsləhətləşmələr aparılacaq.

Bildirilib ki, saxlanılan gəmilərin sahibləri, operatorları və heyət üzvləri Britaniyanın sanksiya qanunvericiliyini pozduqlarına görə cinayət məsuliyyətinə cəlb oluna bilərlər.

Məlumata görə, Böyük Britaniya indiyədək Rusiyayla əlaqələndirilən 544 gəmini “kölgə donanması” çərçivəsində sanksiya siyahısına daxil edib.

Избранный
69
2
teleqraf.com

3Источники