Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti futbol ictimaiyyətinin bəzi üzvlərinin DÇ-2026 üçün yığmanın yekun heyətinə “Santos”un hücumçusu Neymarı daxil etmək tələblərinə cavab verib.
İdman.Biz xəbər verir ki, məşqçi daha əvvəl oyunçunu qarşıdan gələn yoldaşlıq oyunları üçün heyətdən kənarlaşdırmışdı.
“Hər şeyi görürəm və eşidirəm. Amma mənim işim qərar verməkdir. Hər kəsin öz fikrini bildirməsi tamamilə normaldır, çünki futbolda universal həqiqət yoxdur. Hər kəs öz fikrini deyə bilər, çünki futbol dəqiq elm deyil. Hər kəsin öz fikri var və mən hər kəsin fikrinə hörmət etməliyəm.
Xüsusilə burada olmayan oyunçulara hörmət etdiyim üçün heç bir işarə vermək istəmirəm (gülür). Bu qərarı may ayında verəcəyəm, amma ümumilikdə üç qapıçı artıq dəqiqləşdirilib.
Müdafiəçilər az-çox dəqiqləşdirilib. Bu təlim-məşq toplanışı üçün üç yeni oyunçumuz var: Leo Pereira, Bremer və [Rocer] İbanes. Onların fiziki hazırlığını deyil, komandaya necə uyğunlaşdıqlarını qiymətləndirmək istəyirik. Onların hamısında dünya çempionatında oynamaq üçün lazım olan hər şey var. Özümüzlə dörd və ya beş oyunçu götürəcəyik, nəzərə alsaq ki, onlardan biri sağ cinah müdafiəçisi kimi oynaya bilər", - deyə ESPN Ançelottinin sözlərini sitat gətirir.
İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.