RU

“TikTok” fenomenin ACI SONU: Məzarının görüntülərini PAYLAŞDILAR - FOTO

Bir neçə gün əvvəl sosial media hesablarını bağlayan “TikTok” fenomeni Kübra Karaaslanın intihar edərək həyatına son qoyduğu iddia edilir.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, gənc fenomenin ölüm xəbəri sosial şəbəkələrdə qısa müddət ərzində geniş əks-səda doğurub.

İntihar etdiyi irəli sürülən Karaaslanın vəfatından sonra sosial şəbəkələrdə onun məzarına aid olduğu deyilən görüntülər paylaşılıb.

İzləyicilər sözügedən paylaşımların altına çoxsaylı şərhlər yazaraq kədərlərini ifadə ediblər.

Sosial media istifadəçiləri tərəfindən yazılan şərhlərdə: “Bu aralar niyə hamı intihar edir?”, “Heç kimi qınamayın dostlar, elə bir psixoloji problemlə qarşılaşırsan ki, sonu fəlakətlə bitə bilir”, “Onu tanıyırdım, çox üzüldüm”, “Məkanın cənnət olsun, körpə üzlüm” kimi ifadələr yer alıb.

Musavat.com

Избранный
45
musavat.com

1Источники