RU

Üçüncü Dünya müharibəsi AN MƏSƏLƏSİDİR – Rusiya NATO ölkəsinə qarşı…

Dünya diqqətini Yaxın Şərqdəki gərginliyə yönəltdiyi bir vaxtda, Şərqi Avropadan gələn xəbər qlobal müharibə riskini yenidən gündəmə gətirib. Latviya Silahlı Qüvvələrinin rəsmi açıqlamasına görə, Rusiyadan daxil olan hərbi pilotsuz uçuş aparatı (PUA) ölkənin hava məkanını pozaraq boş ərazilərdən birinə düşüb.

NOCOMMENT.az xəbər verir ki, Latviya Hərbi Hava Qüvvələrinin monitorinq sistemləri aparatın birbaşa Rusiya ərazisindən gəldiyini təsdiqləyib. Hadisə nəticəsində tələfat olmasa da, rəsmi Riqa NATO müttəfiqləri ilə məsləhətləşmələrə başlayıb. ABŞ-İran qarşıdurmasının pik həddə çatdığı bir vaxtda, NATO-Rusiya cəbhəsində belə bir insidentin yaşanması “İkinci cəbhə açılırmı?” sualını doğurub.

Heydər Oğuz

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Heydər Oğuz qeyd edib ki, bu hadisə təsadüfi qəza deyil, Rusiyanın Qərbin reaksiyasını yoxlamaq cəhdidir:

“Moskva hazırda ABŞ-nin diqqətinin İranla müharibəyə qarışmasından istifadə edərək NATO-nun “nəbzini yoxlayır”. Latviyaya düşən PUA NATO-nun 5-ci maddəsinin nə dərəcədə işlək olduğunu sınağa çəkmək məqsədi daşıyır. Əgər alyans buna adekvat və sərt cavab verməsə, Rusiya hərbi provokasiyaların miqyasını daha da genişləndirə bilər. Biz artıq lokallaşmış münaqişələrin deyil, qlobal bir toqquşmanın astanasındayıq”.

O, bildirib ki, ABŞ-İran müharibəsindən sonra NATO-Rusiya qarşıdurması artıq qaçılmaz hala gələ bilər:

“Vaşinqtonun Yaxın Şərqdə resurslarını xərcləməsi Kremli cəsarətləndirir. Rusiya anlayır ki, ABŞ eyni vaxtda iki böyük cəbhədə — həm Fars körfəzində, həm də Baltikyanı ölkələrdə tammiqyaslı müharibə aparmaqda çətinlik çəkəcək. Ona görə də Latviya insidenti böyük bir fırtınadan əvvəlki səssizliyi pozan ilk siqnaldır. İndi əsas məsələ NATO-nun bu ‘təsadüfi’ düşən PUA-ya verəcəyi siyasi və hərbi reaksiyadır”.

Tunar 

NOCOMMENT.az 

Избранный
2
1
nocomment.az

2Источники