RU

Zidan 2026-cı il Dünya Çempionatından sonra Fransa yığmasına rəhbərlik edəcək

“Real” Madridin keçmiş baş məşqçisi Zinəddin Zidan Fransa milli futbol komandasının baş məşqçisi vəzifəsində Didye Deşamı əvəz edəcək. Oxuməni.az “Sportbox.ru”ya istinadla xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial mediada məlumat yayıb.

Mənbənin məlumatına görə, Zidan milli komandanı təhvil almaq üçün Fransa Futbol Federasiyası ilə şifahi razılığa gəlib. Tərəflərin bu qış rəsmi açıqlama verməsi gözlənilirdi, lakin Deşampa hörmət əlaməti olaraq bundan imtina etdi.

Federasiya Deşamın istefasını elan etməsini gözləmək niyyətindədir və bunun 2026-cı il Dünya Kubokundan sonra baş tutacağı gözlənilir. Fransa I Qrupda Norveç və Seneqal ilə qarşılaşacaq, digər rəqibi isə qitələrarası pley-off mərhələsində müəyyənləşəcək.

Zidan “Real” Madridə 2016-2018 və 2019-2021-ci illərdə rəhbərlik edib. O, “ağlar” ilə üç dəfə Çempionlar Liqasını, iki dəfə İspaniya Çempionatını və Klublararası Dünya Kubokunu qazanıb.

Almaz Həsənli

Избранный
33
oxumeni.az

1Источники