RU

ABŞ–İran müharibəsi mərc oyununa çevrildi — Trampın oğlu da iştirak edib

ABŞ-da fəaliyyət göstərən mərc platformalarından biri İran–ABŞ müharibəsi ilə bağlı ssenarilər üzərindən qurulan mərc oyunlarına görə mübahisələrin mərkəzinə düşüb.

KONKRET.az xəbər verir ki, bəzi istifadəçilər kritik tarixləri dəqiqliklə proqnozlaşdıraraq milyonlarla dollar qazanc əldə ediblər. Bu isə “insayder ticarəti” ilə bağlı şübhələri daha da gücləndirib.

Diqqət çəkən məqamlardan biri isə platformanın investorları arasında Donald Trampın oğlunun da olmasıdır.

Belə ki, fevralın 28-də — ABŞ-ın İrana mümkün hücumundan bir neçə gün əvvəl — böyük məbləğdə mərclərin qoyulduğu məlum olub. Hücum tarixini əvvəlcədən düzgün proqnozlaşdıran bəzi istifadəçilərin 1 milyon dollardan çox qazanc əldə etdiyi bildirilir.

Qeyd edək ki, platformada ən populyar mərc mövzularından biri də atəşkəsin vaxtı olub. Sülh ehtimallarına milyonlarla dollar sərmayə yatırılıb. İstifadəçilərin əksəriyyəti müharibənin ilin sonuna qədər başa çatacağını proqnozlaşdırıb.

Bəzi istifadəçilərin kritik hadisələrdən az əvvəl yüksək məbləğdə mərc etməsi xüsusi diqqət çəkib. Ekspertlər bildirirlər ki, bu hallar daxili məlumat sızması ehtimalını artırır.

Dəniz Pənahova

KONKRET.az

Избранный
58
1
konkret.az

2Источники