RU

Sinenkanın meneceri ictimaiyyəti aldadır? – Tural Əsgərlidən şok transfer açıqlaması

Xəbər verdiyimiz kimi, “Qarabağ” “İmişli”nin qapıçısı Andrey Sinenkanı transfer etmək niyyətindədi. Bunu “bel.football” saytına qolkiperin meneceri Dmitri Xlebosolov deyib. O bildirib ki, bu məqsədlə “köhlən atlar”ın heyətinin formalaşdırılmasında iştirak edən tanınmış menecerə “əlcək sahibi” ilə danışıq aparmasına icazə verilib.

Təbii ki, belədə ağla gələn ilk isim Tural Əsgərlidi. Odu ki, bu menecerlə əlaqə saxlayıb, transfer danışıqlarında iştirak edib-etmədiyini, son durumu öyrənməyi lazım bildik. Tural bəyin “Football-plus.az”a cavabı:

“Bu barədə onu deyə bilərəm ki, “Qarabağ”ın Sinenkaya marağı haqda eşitməmişəm. Bu səbəbdən məlumatların mənbəyi mənim üçün qaranlıqdı. Bildiyimə görə, belə məsələ yoxdu”.

KƏNAN BAHADIR
Избранный
76
1
football-plus.az

2Источники