Gəncədə evdə yanğın olub.
NOCOMMENT.az xəbər verir ki, Yeni Gəncə yaşayış massivi ərazisində yerləşən fərdi yaşayış evlərinin birində anidən yanğın olub. Dərhal hadisə yerinə FHN-nin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.
Yanğın zamanı ev sahibi 1960-cı il təvəllüdlü Z.Məmmədov tüstüdən zəhərlənərək ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.