RU

Yağış yağacaq, subasma ehtimalı var - Sabahın HAVASI

Yağış

Azərbaycanda martın 27-də havanın yağıntılı keçəcəyi gözlənilir.Ulusum.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.Yarımadanın ayrı-ayrı yerlərində gözlənilən qısamüddətli güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur. Gecə və səhər bəzi yerlərdə duman olacaq.Mülayim şimal-qərb küləyi arabir güclənəcək.Havanın temperaturu gecə 7-9° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 749 mm civə sütununa enəcək. Nisbi rütubət 90-95 % təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 12-16° isti, dağlarda gecə 0-3° isti, gündüz 3-5° isti olacaq.

Diqqət Çəkənlər

Mədəni Diplomatiya

Sabiq deputat qəzaya düşdü

Hörmüzün bağlanmasına cavabdeh olan komandan ÖLDÜRÜLDÜ

Избранный
31
49
ulusum.az

10Источники