RU

Ağdamda kənd sakini minaya düşüb

Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində mina partlayıb, kənd sakini xəsarət alıb.

"Report" un Qarabağ Bürosunun xəbərinə görə, kənd sakini 1985-ci il təvəllüdlü Abbasov Ceyhun Firdovsi oğlu minaya düşüb.

Hazırda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları minaya düşən şəxsin ərazidən çıxarılması üçün əraziyə təxliyə edilib.

Faktla bağlı araşdırma başlanılıb

Избранный
36
5
anews.az

6Источники