RU

“Roketsan” istehsalı TAYFUN və SOM raketləri Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib

“Roketsan” şirkətinin seriyalı istehsal etdiyi TAYFUN ballistik və SOM qanadlı raketləri Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib.

“Poliqon” “Roketsan”a istinadən xəbər verir ki, sözügedən raketlərin seriyalı istehsalı və çatdırlmaları planlaşdırıldığı kimi davam edir.

500 kilometrdən çox mənzilə sahib olan TAYFUN raketinin ilk atış sınağı 2022-ci ilin oktyabr ayında baş tutub. Ötən il Türkiyədə keçirilən IDEF-2025 sərgisində “Roketsan” şirkəti TAYFUN raketinin Blok-4 variantını ilk dəfə təqdim edib. TAYFUN BLOK-4 raketi hipersəs qabiliyyəti və strateji hədəflərə qarşı hazırlanmış çoxməqsədli döyüş başlığı ilə diqqət çəkir.

“Roketsan” tərəfindən verilən məlumata görə, raketin çəkisi 7 tondan çoxdur. Onun hədəf auditoriyası komanda və idarəetmə mərkəzlərini, hava hücumundan müdafiə sistemlərini, hərbi bazaları və mühüm hərbi obyektləri əhatə edir.

SOM, düşmənin hava hücumundan müdafiə sistemlərinin mənzilinə daxil olmadan döyüş meydanının dərinliklərindəki quru və hərəkətli dəniz hədəflərini vurmağa imkan verən “hava-səth” tipli qanadlı raketdir. Onun uzunluğu 4 m, mənzili 250 km, ümumi kütləsi 600 kq və döyüş başlığının ağırlığı 230 kq təşkil edir.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

HERYoVnXEAACLZR

HERYoVoWMAAn8GW

HERYoWIbwAAOAE3

Избранный
76
1
poliqon.az

2Источники